3 yeni kitab bir gündə təqdim ediləcək
“XAN” nəşrlərinin “Çağdaş ədəbiyyat” seriyasında çap olunan Vüsal Oğuzun “Sonuncu sovqat” hekayələr toplusu, Sevinc Elsevərin “Çörək rəngli əllər” şeirlər toplusu və Xanəmir Telmanoğlunun “Naməlum ailə” psixoloji romanı eyni gündə oxuculara təqdim ediləcək.
Nəşriyyatdan aldığımız məlumata görə, təqdimat mərasimi 26 may tarixində kitabevim.az mağazalar şəbəkəsinin 28 may filialında keçiriləcək. Saat 14:00-15:00-dək Vüsal Oğuzun, 15:00-16:00-dək isə Xanəmir Telmanoğlu ilə Sevinc Elsevərin kitabı təqdim ediləcək. Qeyd edək ki, “Çörək rəngli əllər” kitabı S.Elsevərin 35 yaşı münasibətilə çap olunub.