ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel ABŞ-ın nəhəng film istehsalçısı olan "Netflix" şirkəti ilə müqavilə bağlayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Obama cütlüyü sənədli, bədii filmlər və televiziya layihələrinə prodüserlik edəcək.
Obama ailəsi daha öncə "Higher Ground Productions" adlı şirkət qurublar. Şirkət "Netflix" in əsas tərəfdaşlarından olacaq.
Bu barədə "Netflix"in rəsmi "Tvitter" hesabında məlumat yayılıb. Uzunmüddətli müqaviləyə əsasən Mişel və Barak strim xidməti üçün yeni filmlərin və serialların istehsalı ilə məşğul olacaq.
B.Obama yayılan məlumatı təsdiqləyərək yeni işində böyük layihələrə imza atacaqlarını bəyan edib.