Qadin.NET / Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO

Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO

 

Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO



 

Britaniya şahzadəsi 32 yaşlı Harri ilə 36 yaşlı aktrisa Meqan Marklın toyu ötən gün baş tutub. 

Qadin.Net axşam.az-a istinadən məlumatına görə, mərasimdən sonra bütün dünya gəlinin libasını, tacını müzakirə etməyə başlayıb. 

Meqan nikah mərasimi keçirilən yerə qədim "Rolls-Royce"da gəlib. Avtomobildən enən aktrisanın libasını nəhayət ki, bütün dünya görüb. Marklın seçimi sadə, uzun şleyfli, çiyniaçıq paltar olub. Paltarı "Givenchy" moda evinin məşhur dizayneri hazırlayıb. 135 min dollar dəyəri olan gəlinliyin pulunu aktrisa özü ödəyib.

Meqanın ağ gəlinliyini 5 metr uzunluğu olan fata tamamlayıb. Deyilənə görə, fatanı hazırlayanlar hər 5 dəqiqədən bir əllərini sabunla yuyublar. Fataya Millətlər Birliyinin 53 ölkəsinin simvolu olan çiçəklər nəqş edilib.

Aktrisa kraliça II Yelizavetanın nənəsi kraliça Merinin tacından istifadə edib.

Mərasimdə ən çox diqqət çəkən məqamlardan biri də nişan üzüyü idi. Üzük məşhur uels qızılından hazırlanıb. Onu isə II Yelizabeta verib. Harrinin üzüyü isə platindən düzəldilib. Akssesuar sevməyən Meqan "Cartier" brendinin sadə sırğa və qolbağısından istifadə edib. 

Marklın gül dəstəsi də müzakirə olunanlar sırasında idi. Harri toydan bir gün əvvəl sarayın baxçasını gəzərək, anası, mərhum şahzadə Diananın sevdiyi gülləri dərib və gül dəstəsi bundan hazırlanıb. 

Saç düzümü və makiyajını isə Meqan yaxın dostu, məşhur vizajist Danie Martinə həvalə edib. O, makiyajda yüngül tonlardan istifadə edib. 

 

Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO

 

Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO

 

Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO

 

Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO

 

Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO



 

20 may 2018
GO BACK