Türkiyəli müğənni, meqastar Tarkan dünyaya gələcək övladı ilə bağlı açıqlama verib.
Qadin.Net publika.az-a istinadla xəbər verir ki, 5 il davam edən münasibətlərindən sonra sevgilisi Pınar Təvətoğlu ilə dünya evinə girən 45 yaşlı Tarkan ata olmaq üçün gün saydığını deyib:
"Biz övladımızın Almaniyada dünyaya gəlməsini planlaşdırırıq. Hamiləlik heç bir problem olmadan qaydasında irəliləyir. Qızımız Almaniyada təbii doğum yolu ilə dünyaya gələcək".
Cütlük doğulacaq qızlarına bir il dayə tutmamaq qərarını gəliblər:
"1 il Pınar özü övladımıza baxacaq. Həmin müddətdə sadəcə ev işlərində ona kömək olacaq bir xanımla müqavilə bağlayacağıq".
Müğənni övladına hansı adı qoyacaqlarına qərar versə də, bunu jurnalistlərlə paylaşmayıb. Media isə müğəninin qızına Lidya adı qoyacağını iddia edir.