Qadin.NET / Yutubda YENİLİK!

Yutubda YENİLİK!

Yutubda YENİLİK!


Mayın 22-dən etibarən istifadəçilərə həm pulsuz, həm də abunə ilə musiqi dinləməyə və musiqi kliplərinə baxmağa imkan verən yeni "Yutub muzik" musiqi servisi istifadəyə veriləcək. Bu barədə şirkətin bloqunda deyilir.

Qadin.Net teleqraf-a  istinadən xəbər verir ki, “Yutub muzik” musiqi üçün yaradılan yeni musiqi servisidir: rəsmi mahnılar, albomlar, minlərlə musiqi nömrəsi və musiqi radiosu, eləcə də geniş “Yutub” remiksləri, canlı çıxışlar və musiqi klipləri.

Bundan başqa, servis istifadəçinin davranış tarixçəsinə əsaslanan tövsiyələrin yaradılması üçün adaptasiya ediləcək.

“Yutub muzik” servisindən reklamla pulsuz versiyada yararlanmaq, eləcə də aylıq 9,99 dollar ödəməklə reklamsız “Yutub muzik Premium” versiyasına abunə olmaq mümkün olacaq. “Yutub muzik Premium” musiqini oflayn dinləməyə, videonu fonlu rejimdə seyr etməyə imkan verəcək. Bundan əlavə, bütün musiqi imkanları ilə yanaşı, orijinal “Yutub” kontentinə reklamsız (o cümlədən şəxsi verilişlər) baxmaq üçün 11,99 dollar ödəyərək abunə olmağa şərait yaradılacaq.

19 may 2018
GO BACK