Qadin.NET / Arda Turanın xanımı xəstəxanalıq olub

Arda Turanın xanımı xəstəxanalıq olub

Arda Turanın xanımı xəstəxanalıq olub


Arda Turanla bu yaxınlarda ailə həyatı quran Aslıhan Doğanın idman edərkən başına dəmir parçası düşüb.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Arda Turan ilə 11 martda evlənən və uşaq gözləyən yeni gəlin Aslıhan Doğan qan içində xəstəxanaya çatdırılıb. Xəstəxanda Aslıhanın qaşına 18 tikiş atılıb.

Xəstəxanda nəzarətə götürülən Aslıhan bir müddətdən sonra evə göndərilib. Bu məqamda Arda Turan hamilə həyat yoldaşının başına gələn qorxunc hadisəni eşidən kimi xəstəxanaya yollanıb. Futbolçu Aslıhanın səhhətində ciddi bir problem olmadığını öyrənincə rahat nəfəs alıb.

18 may 2018
GO BACK