Tatar əsilli rusiyalı model İrina Şeyk Kann festivalındakı qlamur günlərini adi ailə gəzintilərinə dəyişib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, model Kann Festivalındakı çıxışından sonra Nyu-Yorka gəlib və dərhal qızı Lea ilə gəzintiyə yollanıb.
Paparatsilər küçədə qızı ilə gəzən İrina Şeykin şəkillərini çəkib. Gəzinti zamanı şən körpə anasını yarpaqlarla qidalandırmağa cəhd göstərib.
Son vaxtlar söz-söhbət yaranmışdı ki, İrina və Bredli Kuper ikinci dəfə övlad sahibi olmağa hazırlaşır. Amma modelin Met Gala və Kann Kinofestivalındakı çıxışları, seksual libasları və dümdüz qarnı sübut etdi ki, hələlik bu şayiələr əsassızdır.