Qadin.NET / Ramazanda hava necə olacaq? - PROQNOZ

Ramazanda hava necə olacaq? - PROQNOZ

Ramazanda hava necə olacaq? - PROQNOZ


Bu gündən müsəlman aləmində müqəddəs Ramazan ayı başlayır. Bu ayın ən vacib özəlliyi isə insanların oruc tutaraq nəfslərini sınağa çəkməsidir. Xüsusən, isti günlərdə isə oruc tutanların işi bir az da çətinləşir. Bu il Ramazan ayı mayın ikinci yarısı və iyun ayının əvvəlinə təsadüf edir. Bəs Ramazan ayı boyunca respublika ərazisində hava şəraiti necə olacaq?

Qadin.Net bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva publika.az-a açıqlamasında bu ay ərzində temperatur baxımdan mövsümə uyğun, mülayim isti hava gözlənildiyini deyib.

Onun sözlərinə görə, may ayının sonu iyun ayının əvvəlində kəskin istilər gözlənilmir.

“Bu müddət ərzində havanın temperaturu 25-28 dərəcə arasında olacaq. Bəzi günlərdə temperaturun 30-33 dərəcəyə yüksəlməsi gözlənilir. Temperatur bir qədər yüksək olsa belə, bu cür hava şəraiti insanlarda diskomfort hissi yaratmayacaq. Ümumiyyətlə, bu ilin iyun ayında temperaturun norma daxilində olacağı proqnozlaşdırılır. Bəzi günlərdə normadan 2-3 dərəcə yüksək ola bilər. Çox kəskin isti ay gözlənilmir”.

U.Tağıyeva bu temperatur göstəricilərinin kölgədə müəyyən edildiyini də unutmamağı tövsiyə edib: “Xatırladım ki, açıqlanan bu proqnoz ümumi xarakter daşıyır. Milli Hidrometeorologiya Departamentindən tərəfindən ay ərzində hər gün yenilənmiş məlumatlar əhaliyə təqdim edilir. Hava şəraitində kəskin dəyişiklik olacaqsa, bu barədə bir neçə gün əvvəldən kütləvi informasiya vasitələri ilə məlumat veriləcək.

Onu da xatırladaq ki, təqdim olunan temperatur göstəriciləri kölgədə müşahidə edilir. Buna görə də, insanlar yay aylarında uzun müddət açıq Günəş şüalarının təsiri altında qalmamalıdır. Xüsusən, Ramazan ayı yay aylarına təsadüf edəndə, oruc tutan şəxslər bu məqama daha çox diqqət etməlidirlər. İnsanlar daha çox kölgə şəraitində olmağa çalışmalıdırlar. Son olaraq Müqəddəs Ramazan ayının başlanması münasibətilə oruc tutan vətəndaşlarımızı təbrik edirik. Allah oruclarını qəbul eləsin”.

17 may 2018
GO BACK