Avstraliya sakini bir həftə ərzində lotereyada iki dəfə böyük məbləğdə uduş qazanıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Sydney Morning Herald” nəşri məlumat yayıb.
Sidney şəhərinin 40 yaşlı sakini mayın 7-də lotereyada 1 milyon Avstraliya dolları (750 min ABŞ dolları) udub.
Özünə daşınmaz əmlak almağa qərar verən şəxs pulun bir hissəsinə yenidən lotereya alıb. Növbəti dəfə mayın 12-də lotereyada 1,4 milyon Avstraliya dollara sahib olub.
O, artıq özünə avtomobil aldığını və Havay adalarına istirahətə getməyi planlaşdırdığını bildirib.