Çində ailəsi üçün küçük alan qadın iki il sonra gördüklərinə inanmayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, "Independent" qəzetinə danışan Su Yun adlı qadın aldığı it balasının aşırı dərəcədə qida qəbul etməsindən şübhələnib.
Yaşadığı Yunnan bölgəsindəki Kunminq kəndində saxladığı heyvan ət ilə yanaşı, meyvə yeşiklərini də boşaldıb.
İki il sonra onun çəkisi 113 kilo olub.
Ailə it balasının saatlarla yatmasından, doymamasından və iki ayaqları üzərində dayanmasından şübhələnib.
Ailə vəhşi təbiəti qoruma təşkilatına müraciə edib. Səlahiyyətli şəxslər ayını iynə ilə yatızdıraraq təbiətə buraxıblar.
Məlum olub ki, Su Yunun it balası hesab etdiyi heyvan Asiya Qara ayısı cinsindəndir və olduqca qiymətlidir.