Qoç - birgə fəaliyyət, əməkdaşlıq üçün münasib zamandır. Bilavasitə sizinlə bağlı olmasa da, yazınlarınız və dəyər verdiyiniz insanları narahat edən problemi həll edə bilərsiniz. Alış-veriş etmək mümkündür. Peşəkar fəaliyyətlə bağlı planları, biznes-ideyaları təhlil və müzakirə edin.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz sizi dəstəkləyəcək, ideyalanızı həyata keçirməkdə yardımçı olacaqlar. Yeni tanışlıqlar üçün pis vaxt deyil.
Lakin romantik münasibətin istədiyiniz təki inkişaf etməməsinə hazır olun.
Buğa - günün ilk yarısında emosiyalarınızın əsiri olmayın, hisslərinizin köləsinə çevrilməyin. Yaxınlarınızla mübahisə etməyin. Qarşıdurma üçün səbəb çox mənasızdır. Ümumi işə və ya əməkdaşlığa başlamaq olar. Genişmiqyaslı, böyük layihənin gerçəkləşdirilməsi istiqamətində ilk addımı atın.
Dərhal uğura nail olmasanız da, səylərin birləşdirilməsi öz nəticəsini verəcək.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv istirahəti seçin, gəzintiyə çıxın. Ailə üzvləri, dostlar və yaxınlarla birliklə vaxt keçirsəniz, pozitiv emosiyalar alacaqsınız.
Normal istirahət etməyə çalışın.
Əkizlər - uğurlu və əlverişli gündür. Aktiv, enerjili olun. Bir qədər əvvəl yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldıra bilərsiniz. Belə şansı əldən verməyin. Əhvalınız yaxşılaşacaq, yaxınlarınızın kefləri kökələcək.
Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Potensial tərəfdaşla aparılan danışıqlar uğurlu nəticə verə bilər.
Axşam saatlarında özünüzü bihal hiss etsəniz də, səhhətiniz üçün ciddi problemlər yoxdur. Sakit, rahat istirahət qüvvələrinizi sürətlə bərpa etməyə imkan verəcək.
Xərçəng - mühüm işlərə başlamayın. Onları təxirə salmaq istəməsəniz də, reallıqlara tabe olun. Məqsədə doğru gelən yolda ciddi maneələrin yaranması istisna deyil. Onların bəzilərini istəmədən xətirlərinə dəydiyiniz insanlar yaradacaqlar. Həmin adamlarla danışmağa, münasibətləri aydınlaşdırmağa, situasiyaya aydınlıq gətirməyə çalışın. Belədə ortaq məxrəcə gəlmək olar.
Günün ikinci yarısı kiçik səfər və ya səyahət üçün əlverişlidir. Yolda yaxşı xəbərlər alacaqsınız. Alış-veriş üçün münasib zaman deyil. Əsla ehtiyac duymadığınız əşyanı baha qiymətə almağınızla bağlı risk var.
Şir - müsbət təmayüllərin təsiri artır. Başladığınız işlərdə uğur qazana bilərsiniz. İntuisiyanız iti olsun. Səhvlərə yol verməyin. Qərarlar tələsik olsa belə, yaxın perspektivdə hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın.
Günün ikinci yarısında birmənalı olmayan, qarışıq situasiyaları tez təhlil edin. Ciddi çətinliklərlə üzləşmiş insanlara yardım edin, məsləhətlərinizi əsirgəməyin. Uzunmüddətli planlar qurmaq, genişmiqyaslı işlərə başlamaq olar.
Yardımçı və müttəfiq tapacağınıza şübhələnməyin.
Bilik və bacarıqların artırılması, informasiyaların əldə olunması, elmi məxəzlərlə iş üçün əlverişli zamandır. Başqalarının ideya və təcrübəsindən yararlana bilərsiniz.
Qız - başqalarının işlərinə müdaxilə etməyin, kimsənin də sizin işlərinizə qarışmasına imkan verməyin. Ailə üzvləri ilə bağlı məsələnin müzakirəsi üçün əlverişli zamandır.
Tərəflərin hamısını təmin edən qərara gəlmək mümkündür. Qəfil, amma çox xoş və sərfəli təklif alacaqsınız.
Etiraflar da istisna deyil.