“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netenyahu bəyan edib.
O, “Twitter” hesabında “Eurovision-2018”in qalibi, İsrail təmsilçisi Nettanı təbrik edib və müsabiqənin gələn il Qüdsdə keçiriləcəyini bəyan edib.
Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O, “TOY” ("Oyuncaq") mahnısını ifa edərək, 529 xalla yarışmada birinci yerə çıxıb.
Qeyd edək ki, ötən ilin dekabrında ABŞ prezidenti Donald Tramp Amerika səfirliyini Təl-Əvivdən Qüdsə keçirəcəyini deyərək oranı İsrailin paytaxtı elan edib.