Portuqaliyada keçirilən "Eurovision" mahnı müsabiqəsinin final mərhələsində xoşagəlməz hal yaşanıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Böyük Britaniya təmsilçisinin çıxışı zamanı naməlum şəxs səhnəyə çıxaraq mikrofonu müğənninin əlindən alıb. Təhlükəsizlik işçilərinin müdaxiləsindən sonra müğənni mahnını oxumağa davam edib.
"Yutub"da yayımlanan videonu təqdim edirik: