1927-ci ildə yazılıb poçta təqdim edilən məktub 91 il sonra ünvana çatdırılıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu qəribə hadisə İtaliyada yaşanıb.
İtaliyanın Solesino bələdiyyəsinin sədri Roberto Beggiato qəsəbənin ədliyyə arxivini araşdırarkən 24 yaşlı xəstənin müalicəsi üçün Torino məhkəməsindən göndərilməli olan ödəmənin ünvanına çatmadığını müəyyən edib.
Məsələni Torina məhkəməsinə xəbər verən bələdiyyə sədri bildirib ki, məktuba poçt markası vurulduqdan sonra Torino mərkəzi poçtunda unudulub.
Məhkəmə işi təzədən araşdırıb. Kuryer bu il mayın 4-də, yəni 91 ildən sonra Solesino bələdiyyəsinə çatdırıb.