ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) dünyanın ən güclü teleskoplarından olan "Hubble" kosmik rəsədxanası vasitəsilə Heliks dumanlığının şəkillərini çəkib. Daha sonra bu fotolar Kitt-Pikdəki Milli Rəsədxananın teleskopları vasitəsilə əldə olunmuş görüntülərlə birləşdirilib.
Qadin.Net bildirir ki, Milli.Az NASA-nın Twitter-dəki profilinə istinadən bildirir ki, fotolardakı Heliks dumanlığını amerikalı alimlər "Tanrının gözü" adlandırıblar.
Fotonun unikallığı minlərlə şəkilin kombinasiyasından ibarət olmasıdır.
Həmin şəkillər arasında "Hubble"nin çəkdiyi fotolarla Kitt-Pikdəki 0,9 metrlik teleskopun mozaik kamerasının çəkdiyi görüntülər var.
Bu foto dünya elm tarixində alimlərin əldə etdikləri ən mükəmməl səma görüntülərindən biri sayılır. Fotoda mavi rəngdə oksigen həlqəsi və hidrogenlə azotdan ibarət qırmızı həlqələrin yaratdıqları "komet ipləri" aydın görünür.
Dumanlığın kənarlarında isə "can verən" ulduzlar yer alıb.
Heliks dumanlığı yerdən 650 işıq ili məsafəsindəki Dolça bürcündədir.