“Snapchat” qurucusu, milyarder Evan Şpiqel və model xanımı Miranda Kerr valideyn olublar.
Qadin.Net axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 35 yaşlı Mirandanın ikinci, 28 yaşlı Evanin isə ilk övladıdır.
Cütlüyün Los-Ancelesdə yerləşən xəstəxanalardan birində oğlu dünyaya gəlib. Onlar uşağa Evanın babası şərəfinə Xartom adı veriblər.
Qeyd edək ki, Kerrlə Şpigel ötən ilin mayında Los-Ancelesdə nikah masasına oturub. Bundan əvvəl Miranda aktyor Orlando Blum ilə evli olub və ondan Flin adlı bir oğlu var.