2011-ci ildə duet ortağı Eldar Qasımovla birlikdə Azərbaycana “Eurovison” qələbə sevincini yaşadan Nigar Camal builki təmsilçimiz Aysel Məmmədovanın final keçə bilməməsinin səbibini açıqlayıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Nigar Camal Ayselin komandasının güclü olmadığı fikrini irəli sürüb:
“Çox təəssüf edirəm, lakin dərhal hiss olunur ki, nömrə üzərində "Euromedia" çalışmayıb. Aysel çox istedadlı və gözəl qızdır, onun növbəti mərhələyə keçmək üçün şansları çox idi. Hesab edirəm ki, Ayselin finala keçə bilməməsinin günahı müğənnidə deyil, onun komandasındadır. Mahnı pis deyil, lakin Mayli Sayrusun "Wrecking Ball" kompozisiyasına bənzəyir. Səhnə nömrəsi isə mənə "Euphoria" mahnısını xatırlatdı, amma daha çox xam versiyasını. Bizim qıza görə çox mütəəssir oldum”.