Fransanın Kann şəhərində 71-ci beynəlxalq kinofestival başlanıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, builki festivalın münsiflər heyətinə avstraliyalı aktrisa Keyt Blanşett rəhbərlki edir.
Festivalın təntənəli açılış mərasimində Culianna Mur, Benisio del Toro, Penelopa Krus, Xavyer Bardem iştirak ediblər.
Festival iranlı rejissor Əsgər Fərhadinin "Hamı bunu bilir" filminin nümayişi ilə başlanıb. Lentdə baş rollarda P.Krus və H.Bardem oynayıblar.