Amerikada yerləşən restoranlardan birində ofisiant işləyən Kayli adlı qızın başına gözləmədiyi hadisə gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bir gün iş vaxtı daimi müştərisi Qlen Mors masaya içərisində 1700 dollar olan zərf qoyur.
Kayli Qlenin zərfi unutduğunu zənn edir. O, zərfi götürərək Morsu tapır və ona verir. Qlen ofisiant qızın bu hərəkətindən həm çox sevinir, həm də təəccüblənir. Sevinir ona görə ki, həyatda hələ də dürüst insanların olduğunu görür, təəccüblənir, çünki heç bir ofisiant belə bir hərəkət etməzdi. Ona görə Qlen zərfdəki pulun hamısını Kayliyə hədiyyə edib.
Kayli də aldığı bəxşişə görə çox xoşbəxt olduğunu bildirib.