ABŞ-ın birinci xanımı Melani Trampın sosial şəbəkələrdə insanların alçaldılmasına qarşı mübarizə ilə bağlı proqramı tamamilə plagiat çıxıb.
Qadin.Net Milli.az-a istinadən bildirir ki, bu barədə "Time" məlumat yayıb.
Nəşrin məlumatına görə, Melani Trampın proqramı ABŞ federal ticarət komissiyasının 2014-cü il strategiyasını faktiki olaraq təqlid edir.
Melani Trampın "Ən yaxşılardan olun" şüarı isə keçmiş birinci xanım Mişel Obamanın 2016-cı ildə "Birləşmiş Qadınlar dövləti" sammitində səsləndirdiyi şüarın eynisidir.
Qeyd edək ki, Melani Tramp ilk dəfə deyil ki, öz sələfinin intellektual mülkiyyətinə yiyələnir. Trampın 2016-cı ildə Respublikaçıların milli qurultayında etdiyi çıxış Mişel Obamanın 2008-ci ildəki nitqinin plagiatı çıxmışdı.