Fəaliyyəti pilotsuz uçan aparatlarla bağlı olan Çinin "EHang Egret" şirkəti eyni anda havada olan dronların sayına görə Ginnesin dünya rekordunu vurub.
Qadin.Net lent.az-a istinadən xəbər verir ki, 13 dəqiqə ərzində 1374 ədəd dron havada olub və bununla da bütün mümkün fiqurları formalaşdırıb. Onların düzülüşü təxminən 1 kilometr təşkil edib.
Bundan əvvəl bu rekord "İntel" şirkətinə məxsus olub. Belə ki, 2018-ci ilin fevralında Cənubi Koreyadakı Olimpiya Oyunlarında şirkət 1218 dronu havaya buraxıb.
Qeyd edək ki, pilotsuz uçan aparatların yaradılması və istehsalı Çinin texnologiya sektorunun inkişafı və xarici məhsullardan asılılığının azaldılmasına yönəldilmiş proqramın bir hissəsidir. Prioritet istiqamətlərə həmçinin yarımkeçirici məhsulların və robotların istehsalı da aiddir.