Qadin.NET / Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək

Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək



İpoteka və Kredit Zəmanət fondu mənzilləri alıb vətəndaşlara ucuz qiymətə kirayə verəcək.

Nizamnaməyə edilən əlavəyə əsasən yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə vermək vəzifəsi də Fonda tapşırılıb. Bununla da yaradılacaq Sosial kirayə fondu müxtəlif ərazilərdə mənzilləri alacaq və kirayəyə verəcək.

Ekspertlərin sözlərinə görə, bu təcrübə MDB ölkələrində də geniş yayılıb və mənzil sahibi olmayan insanlar üçün effektiv üsul hesab edilir. Fondun balansında olan mənzillərin sayının çox olması həmin ərazidə kirayə qiymətlərinə də təsir edəcək.

Kirayə qalan vətəndaş sonda istəyinə uyğun olaraq həmin mənzili birdəfəlik satın da ala biləcək. Bunun üçün mexanizm və qaydalar hazırlanacaq. Yeniliyin digər bir üstünlüyü isə, əhalinin çoxsaylı sənəd toplamaqdan və gəlir tələblərindən azad olmasıdır. 

3 may 2018
GO BACK