Qadin.NET / Aysel xərçəngdən ölən həyat yoldaşı haqqında-VİDEO

Aysel xərçəngdən ölən həyat yoldaşı haqqında-VİDEO

Aysel xərçəngdən ölən həyat yoldaşı haqqında-VİDEO


Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil edən müğənni Aysel Məmmədova həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini deyib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ifaçı wiwibloggs.com-a müsahibə verib. Çıxışı haqqında danışan təmsilçimiz bildirib ki, onun səhnə kostyumunu Dmitries Massuros adlı dizayner hazırlayıb. Səhnə geyimi çox sadə olacaq. Aysel vurğulayıb ki, çıxışı ilə hər kəsə müsbət emosiyalar ötürməyə çalışacaq:

“Mahnıda müəyyən mesajlar var. Burada hər kəsin daxilindəki gücdən bəhs edilir. Güc dedikdə insanın özünə olan inamı nəzərə tutulur. Ümumilikdə bu, çox pozitiv mahnıdır. Ətrafımızda o qədər neqativ var ki, bizim belə şən və pozitiv mesajları olan kompozisiyalar dinlməyə ehtiyacımız var.

Daha sonra o, müxbirin “İdman edirsinizmi?” sualına "yox" cavabını verib və sadəcə yoqa ilə məşğul olduğunu bildirib. 28 yaşlı müğənni şəxsi həyatında çətin təcrübələr yaşadığını gizlətməyib:

“Əlbəttə ki, hamı kimi məndə həyatımda çoxlu çətinliklərlə qarşılaşmışam və onları dəf etməyə çalışmışam. Çətinliyə qalib gəlməyin əsas sirri ondadır ki, həyata daim nikbin olmalısan”.

Müğənni həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini əlavə edib:

“Bu, həyatımın kədərli bir hekayəsidir. O, pianoçu idi. Ərim xərçəngdən vəfat etdi. Ancaq həqiqətən də o, mənim həyatıma böyük müsbət enerji gətirdi, mənəvi baxımdan mənə həqiqətən də çor şey öyrətdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi.

Münasibətlərimizin son illərində İsraildə yaşamışıq. Ərim orada müalicə aldığı üçün orada yaşayırdıq. İsraillə bağlı müsbət təəssüratlarım var. Mən bu ölkəni sevirəm”.

Daha sonra müğənni mahnını həyat yoldaşının xatirəsi üçün ifa edəcəyini söyləyib.

1 may 2018
GO BACK