Ətsiz yeməklər və ya şorbalar bişirəndə həmin xörəyin içinə, adətən, mağazalarda satılan hazır ət bulyonları alıb qatırıq. Bu bulyonlar yeməklərimizə ətir və dad qatsa da, sağlamlıq baxımından zərərlidir.
Qadin.Net Milli.Az -a istinadən bir çox xəstəliyə səbəb olduğu deyilən ət və toyuq bulyonlarının sağlamlığa zərərini sadalayır.
Ət bulyonlarının səbəb olduğu xəstəliklər arasında Parkinson, epilepsiya, köklük və Alzheimer kimi əhəmiyyətli sağlamlıq problemləri var. Ət və toyuq bulyonlarının bu qədər çox zərərli olmasının səbəbi isə tərkibində yer alan mono sodium qluatamat (MSG) maddəsidir.
MSG nədir?
MSG ləzzət artırıcı təsiri olan bir məhsuldur. Çin duzu olaraq bilinən bu məhsul çox istifadə edildiyi təqdirdə sinir hüceyrələrinə zərər verir, qaraciyəri zədələyir.
MSG həmçinin aşağıda sadalanan sağlamlıq problemlərinə yol açır :
- Sinir hüceyrələrinə zərər verir
- Yağ yığıntısı ilə birlikdə köklük, qaraciyər zədəsi, diabet, insulin artımı kimi sağlamlıq problemlərinə səbəb olur.
- Epilepsiya (sara) xəstəliyinə səbəb olur.
- Mərkəzi sinir sisteminə zərər verərək alzheimer, parkinson, huntinqton xəstəliklərinin yaranmasına səbəb olur.
Hamiləlikdə zərərlidir
Tərkibində MSG olan məhsullar arasında çips, ət bulyonları, dondurma, hazır şorba və rəngli yoqurtlar yer alır. Bu məhsulların, xüsusilə, hamiləlik dövründə istifadəsi çox təhlükəlidir. Hamiləlkdə bu məhsuldan istifadənin ən böyük zərəri plasentanı keçərək, birbaşa uşağa zərər verməsidir.