Qadin.NET / 3D-printerdə yemək çap edildi

3D-printerdə yemək çap edildi

3D-printerdə yemək çap edildi


Cənubi Koreyadan olan biomühəndislər 3D-printerdə yemək çap etməyə imkan verən texnologiya tərtib ediblər.

Qadin.Net lent.az-a istinadən xəbər verir ki, qida printeri “mürəkkəb” məhsulların kriogen kiçildilməsi üsulu ilə yaradılır. Nəticədə zülal və karbohidratlardan ibarət mikro hissəciklərdən istifadə edilir.

Əldə edilən tozu polimer maddə ilə birləşdirirlər və bundan sonra qat-qat çap üsulunun köməyi ilə qida blokları yaradılır.

Tərtibatçılar əmin edirlər ki, materialların məsaməli quruluşu sayəsində çap edilmiş yeməyin toxuması, demək olar, qismən real alınır. Onlar həmçinin şübhə etmirlər ki, gələcəkdə printer sənaye miqyasında yemək çap edəcək.

 

29 aprel 2018
GO BACK