Müğənni Sinan Akçıl "TRT"də yayımlanan verilişlərdən birinin qonağı olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı proqrama atası, özünən 28 kiçik əkiz bacı və qardaşı ilə qatılıb.
Sinan atasının üçüncü evliliyindən olan əkizlər haqda ilk dəfə məlumat verib və onları mediaya təqdim edib. O bildirib ki, yaxın günlərdə atası və əkizlərlə bir layihə təqdim edəcək.
Qeyd edək ki, Akçılın özündən 8 yaş böyük daha bir bacısı var.