Qadin.NET / Saqqızdan ayaqqabı düzəltdilər, qiyməti isə...

Saqqızdan ayaqqabı düzəltdilər, qiyməti isə...

 

Böyük şəhərlərdə küçələrə atılan saqqız böyük ekoloji problemlər törədir. 

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Amsterdamda bu məsələnin maraqlı həll yolu tapılıb. “Iamsterdam” marketinq firması, “Explicit Wear” dizayner firması “Gunshoe” istehsalçı firma ilə birlikdə çeynənmiş saqqızların təkrar emalından ayaqqabı düzəltmək qərarına gəliblər.

Amsterdam küçələrindən ildə 1,5 milyon ton saqqız toplanır. Saqqız öz- özünə dağılma prosesinə məruz qalmadığı üçün böyük problemlər yaradır. Mütəxəssislər onun məhz bu xüsusiyyətindən istifadə edərək saqqızdan süni kauçuk alıblar. Bu maddədən hazırlanan ayaqqabıların çox davamlı olduğu bildirilir.

Həmçinin, qeyd edilir ki, bir kiloqram saqqızdan 4 cüt krassovka hazırlamaq mümkündür. Bir cütü 190 avroya satılan bu ayaqqabıların alt hissəsi saqqızdan hazırlanır, qalan hissələrinə müxtəlif tərtibatlar verilir.
Təqdim edilmiş ilk saqqız krassovkar alıcılar tərəfindən həvəslə qarşılanıb.

Saqqızdan ayaqqabı düzəltdilər, qiyməti isə...

Saqqızdan ayaqqabı düzəltdilər, qiyməti isə...


27 aprel 2018
GO BACK