Qadin.NET / ABBA 35 il sonra qayıdır

ABBA 35 il sonra qayıdır

ABBA 35 il sonra qayıdır


İsveçin məşhur pop qrupu ABBA 35 il fasilədən sonra yenidən bir araya gəlib.

Qadin.Net axşam.az xarici mediaya istinadən xəbər verir ki, qrup studiyaya girərək 2 mahnı səsləndirib. Bu barədə ABBA-nın rəsmi İnstaqram səhifəsində yazılıb:

 
“35 il sonra güclərimizi birləşdirməyin əyləncəli olacağını düşündük və studiyaya girdik. Özümüzü qısa tətildən dönmüş kimi hiss elədik. İki yeni mahnı yazdırdıq. İnanılmaz dərəcədə həzz aldıq”.
 
1970-80-ci illərin məşhur qrupu bu xəbəri ilə sosial şəbəkə izləyicilərini sevindirib.

ABBA-nın yeni mahnısının nə zaman yayımlanacağı isə hələlik bilinmir. 

27 aprel 2018
GO BACK