Amerika prezidenti Donald Tramp həyat yoldaşının doğum gününü təbrik etməyib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünən Amerikanın birinci xanımı Melaniya Trampın doğum günü olub. Lakin 48 yaşı tamam olan Melaniya Trampı həyat yoldaşı hədiyyəsiz qoyub.
"Fox News"-un jurnalistləri prezident Trampla telefonla əlaqə saxlayaraq birinci xanım üçün hansı hədiyyə hazırladığını soruşub. Ölkə başçısının cavabı gözlənilməz olub. O, bu suala “Bilirsiniz ki, hədiyyə axtarmaq üçün çox məşğulam”, - deyə cavab verib.
Daha sonra etiraf edib ki, Melaniyanı gül dəstəsi ilə və gözəl açıqca ilə təbrik etməklə kifayətlənib.
Birinci xanımın doğum gününü necə keçirdiyi haqqında məlumat verilməyib. Lakin ehtimal edilir ki, həftənin əvvəlində Amerikaya səfər edən Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron Melaniya Trampı təbrik edib.
Belə ki, iki gün əvvəl Ağ evdə onların şərəfinə şam yeməyi təşkil olunub. ABŞ prezidentinin sözlərinə görə, bu gecənin hazırlanmasında Melaniya "fantastik işlər" görüb.