Daha əvvəl Şanlıurfadan AKP-nin millət vəkilliyinə namizəd olan müğənni İbrahim Tatlısəs yenidən bəxtini sınamaq istəyir.
Qadin.Net axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı 4-cü dəfə deputatlığa namizədliyini verib. Tatlısəs bu dəfə İzmirdən namizəd olub. Vəkili sabah İbrahimin namizədliyinin qeydiyyata alınması üçün müraciət edəcək.
Xatırladaq ki, silahlı hücumdan sonra yaralanan Tatlısəs ötən il İzmirə köçüb.