Qadin.NET / Tibbdə inqilab - Siçana insan beyni yerləşdirdilər

Tibbdə inqilab - Siçana insan beyni yerləşdirdilər

Tibbdə inqilab - Siçana insan beyni yerləşdirdilər


Amerikalı elm adamları siçanlara insanların beyin hüceyrələrini yeridib və davranışlarının necə dəyişdiyini sınaqdan keçirib.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sınağın nəticələri “Təbiət Biotexnologiyası” (Nature Biotechnology) dərgisində yayımlanıb.

Bioloqlar kiçik balonun içində mərci böyüklüyündə olan insan beyni orqanoidlərini yetişdirərək siçanların başına yerləşdirib. Mini beyin qismən siçanların öz beyinlərinin yerini tutub. Sinir hüceyrələri fəaliyyətini bərpa edib və inkişaf etməyə başlayıb. Belə ki, 223 gün sonra quruluşu və çəkisi eyni qoyulan beyinə nisbətən daha yaxşı olub. Ancaq insan beyni ilə hərəkət edən siçanların hərəkətində hər hansı dəyişiklik nəzərə çarpmayıb.

Mütəxəssislər araşdırmanın nəticələrinin regenerativ tibbdə inqilab yarada bilərəcyini düşünür. Bu növ yetişdirilən hüceyrələr insanlara transplantasiya edilə bilər.

26 aprel 2018
GO BACK