Qadin.NET / Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."

Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."

Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."


Dakota Frendsen adlı turist ABŞ-ın Şotlandiya dağları yaxınlığında yerləşən Arkart qalasının ətrafındakı Lox-Ness gölündə naməlum varlığın üzdüyünü görüntüləyib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, uzunluğu 12 metrə çatan su heyvanının nə olduğu bəlli deyil. D.Frendsen deyir ki, rəngi boza çalırdı:

"Üzərkən suyun üzərinə çıxdı. Boz rəngli əjdahanı xatırladan görünüşü vardı. Bir yox, bir neçə dənə idi. Əjdahanı xatırladırdı desəm, yalan olmaz".

2017-ci ildə bənzər hadisə yaşanmışdı. İstirahətə gələn 11 turist həmin yerdə əjdaha gördüyünü iddia etmişdi. Bu say 1 il ərzində 15 nəfərə çatıb.

Lox-Ness Şotlandiya dağlarının ətrafından keçən buz mənşəli dərin, şirin suya malik gölüdür. Gölün dərinliyi 36 kilometr təşkil edir. Bu isə gölün dərinliklərində həqiqətən də hansısa naməlum varlıqların yaşadığını və zaman-zaman onların suyun üzünə çıxması faktlarını gündəmdə saxlayır. Turistlər yaranmış əfsanəyə görə bu gölü ziyarət etməyə gəlirlər.

25 aprel 2018
GO BACK