Hollivudun 54 yaşlı aktyor, rejissor və prodüseri Nikolas Keyc kino karyerasını bitirmək niyyətində olduğunu bildirib.
Qadin.Net report-a istinadən bildirir ki, aktyor diqqətini rejissorluğa yönəltmək fikrindədir.
Bununla belə, Keyc qeyd edib ki, o, hələ 3-4 il filmlərə çəkiləcək.
"Hazırda mən əsasən aktyor kimi işləyirəm və hələ 3-4 ilə bununla məşğul olacağam, sonra isə diqqətimi rejissorluğa yönəldəcəyəm", - deyə artist NME portalına bildirib.
Aktyor hazırda müxtəlif studiyaların 6 layihəsində iştirak edir.