Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Uilyamın xanımı, Kembric hersoginyası Keyt Middlton bu gün səhər saatlarına doğum evinə aparılıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, üçüncü övladını dünyaya gətirməyə hazırlaşan 36 yaşlı hersoginya hazırda Londonun Peddinqton səmtindəki "St Mary's Hospital"dadır.
Onu əri, şahzadə Uilyam müşayiət edib.
"Əlahəzrət Kembric hersoginyası bu gün doğuşun erkən mərhələsində hospitala aparılıb. O, xəstəxanın Lindo səmtindəki girişinə əri, Kembric hersoqu Uilyamla birlikdə daxil olub", - Kensinqton Sarayının yaydığı rəsmi açıqlamada deyilir.
K.Midllton 4 yaşlı oğlu Corcu və 2 yaşlı Şarlottanı da bu xəstəxanada dünyaya gətirib.