Qadin.NET / Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib

Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib

Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib


Bu gündən etibarən Bakıda keçirilən "Formula-1 Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Qadin.Net bildirir ki, bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

"Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq", - deyə deyə M.Ağayev əlavə edib.

23 aprel 2018
GO BACK