Qadin.NET / Yumurta ucuzlaşıb

Yumurta ucuzlaşıb

Yumurta ucuzlaşıb


Yumurtanın qiyməti təxminən 25-30 % ucuzlaşıb.

Qadin.Net Milli.Az-a bildirir ki, son bir neçə gündür yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Satıcıların sözlərinə görə, ucuzlaşma prosesi təxminən bir neçə həftə bundan əvvəl başlayıb. Hazırda yumurtanın bir ədədi əksər mağazalarda 9-10 qəpiyə satılır.

Kənd yumurtalarının da qiyməti bir xeyli aşağı düşüb. Təxminən 1 ay əvvəl 25-27 qəpiyə satılan kənd yumurtasının 1 ədədi indi bəzi mağazalarda 14 qəpiyə, bəzilərində isə 18 qəpiyə qədər düşüb.

Qiymətlərin bu qədər enməsi ən çox alıcıların üzünü güldürüb.

Satıcılar fikirinə görə, yumurtanın qiymətinin enməsinin bir sıra səbəbləri ola bilər.

Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev isə bildirdi ki, yumurtanın ucuzlaşmasının başlıca səbəbi istehsalın bu il çox olmasıdır. Digər bir səbəb isə yaz aylarında yumurtaya olan tələbatın azalmasıdır.

22 aprel 2018
GO BACK