Facebook investorlarla görüşdən öncə maliyyə məlumatlarını yayımlayıb.
Qadin.Net Milli.Az a istinadən məlumat verir ki, şirkətdə ortalama illik əmək haqqı 240 min dollardan yuxarıdır.
Bildirilir ki, mayın 31-də Facebook-un investorlarla görüşü baş tutacaq.
Bu səbəbdən şirkətin açıqladığı "Proxy Hesabatı" adlı maliyyə hesabatında Facebook işçilərinin illik 1 milyon dollara qədər qazandığı qeyd edilib.
Qeyd edək ki, maliyyə sənədi maaşla yanaşı, premiyaları nəzərə alaraq hesablanıb.
Xatırladaq ki, 2017-ci ildə Facebook-da ortalama illik əmək haqqının 240.430 dollar olduğunu paylaşmışdı. Facebook-un qurucusu və CEO-su 8.5 milyon dollar premiya aldığını və bunun ortalama bir Facebook işçisindən 37 qat daha çox olduğunu bildirmişdi.
Məlumata görə, CEO-nun 8.5 milyon dollar premiyasının 7,3 milyon dolları mühafizə, 1,5 milyonu isə səyahət işlərinə xərclənib.
Zuckerberg şirkətdə 60 faiz söz haqqına sahib B sinfinə aiddir. Onun şirkətdə 67 milyard dollar səhmi var.
Yei gəlmişkən, Facebook-da orta əmək haqqı rəqibi Twitter-dən daha yüksəkdir. Belə ki, Twitter-də illik əmək haqqı 161,860 dollardır.