Qadin.NET / Bredd Pit karyerasını başa vurur-SƏBƏB

Bredd Pit karyerasını başa vurur-SƏBƏB

Bredd Pit karyerasını başa vurur-SƏBƏB


Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt karyerasını başa vurmaq niyyətindədir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, xanımı Ancelina Colidən ayrılandan sonra heykəltaraşlığa meyl salan 54 yaşlı aktyor indi kinematoqrafı ümumiyyətlə tərk edərək, heykəltaraşlıqla və memarlıqla məşğul olmaq niyyətindədir.

Fəqət, çəkilişlərlə bağlı müqavilələr olduğundan aktyor hələlik Hollivudu tərk etməyəcək.

Onun karyerasını başa vurmaq niyyəti həm də yeni sevgilisi, 42 yaşlı Neri Oksmanla bağlıdır.

Əslən İsraildən olan memar Neri Oksman ABŞ-dakı Massaçusets Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology, MİT) professorudur.

Bred Pitt indi Massaçusets şəhərində, yeni sevgilisinin evində yaşayır.

Pitt ilə Oksman sevgili olduqları bu ayın əvvəlində bəlli olub.

İsrailin Hayfa şəhərində memarlar ailəsində doğulmuş Neri Oksman Qüdsdəki Yəhudi Universitetinin tibb fakultəsini başa vurandan sonra İsrail Texnologiya İnstitutunda və London Memarlıq Məktəbində oxuyub.

O, İsrailin Hərbi-Hava Qüvvələrində 3 il xidmət edib.

MİT-də professor olmaqla yanaşı, N.Oksman "Mediated Matter" tədqiqat qrupunun banisi və direktorudur.

O, həm də istedadlı dizaynerdir.

Bredd Pit karyerasını başa vurur-SƏBƏB


21 aprel 2018
GO BACK