Azərbaycanın tanınmış qadın sənətçilərini makiyajla dəyişdirib gözəlləşdirən stilist Anar Ağakişyevin bu dəfəki qəhrəmanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi Nüşabə Ələsgərli olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, artıq dünyanın bir çox ölkələrində də əl işləri ilə məşhurluq qazanan stilist Nüşabə Ələsgərlinin makiyajdan əvvəlki və sonrakı görüntülərini sosial şəbəkədə paylaşıb.