Qadin.NET / Riçard Gir evləndi

Riçard Gir evləndi

Riçard Gir evləndi


Hollivud ulduzu Riçard Gir 35 yaşlı sevgilisi Alexandre Silvye ilə evlənib. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 65 yaşlı aktyor ispan iş qadını ilə 3 il əvvəl münasibətə başlamışdı. Cütlüyün toy mərasiminə yaxınları qatılıb. Nikah Riçardın Nyu-Yorkdakı evində baş tutub. 

Qeyd edək ki, bu, Silvyenin ikinci ailə həyatıdır. O, daha əvvəl biznesmen Robert Fridlandla ailəli olub. Cütlüyün bu nikahdan 2012-ci ildə Albert adlı oğlu dünyaya gəlib. Riçard Gir isə iki dəfə evli olub. O, 1991-1995-ci illərdə model Sindi Kroufordla, 2002-2016-cı illərdə aktrisa Keri Louellə ailəli olub. Sonuncu nikahından aktyorun Homer adlı oğlu var.

Riçard Gir evləndi


19 aprel 2018
GO BACK