Sədəf (dəmro) xəstəliyindən əziyyət çəkən ispan Celia Martinez model olmağı düşünür.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, 16 yaşında dərisində yaranan qırmızı sızanaqlar Martinezin hazırda bədəninin 90 faizinə yayılıb.
İlk illər bundan qorxuya düşən və psixoloji sarsıntılar keçirən Celia Martinez sonradan xəstəliyə alışıb.
Bədənində daim qaşınma və istilik olduğunu deyən qadın model olmağı qarşısına məqsəd qoyub. O, bununla xəstəlikdən əziyyət çəkən xanımlara dəstək olmağı qarşısına məqsəd qoyub.Sədəf xəstəliyi bütün dünyada geniş yayılıb. Səbəbi bilinmir. Xəstəliyin irsi, ekoloji və yoluxma xarakterli olduğu bildirilir. Tam müalicəsi bu günə qədər mümkün olmayıb.