“Kelebek” yazarı Onur Baştürk aktrisa Aslı Enverlə müğənni Murad Bozun ayrılmasından yazıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hər kəs Aslının Muraddan ayrıldığını düşünsə də, əslində belə olmayıb. Belə ki, Murad heç bir səbəb göstərmədən Aslıdan ayrılmaq istədiyini deyib. Eşitdiklərindən şoka düşən Enver sevgilisinin qəfil qərarından sonra onunla birgə yaşadığı evi tərk etməli olub.
Qeyd edək ki, Muradla Aslı iki ildir münasibətdə idilər.