Qadin.NET / Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib

Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib

Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib


Aprelin 15-də Yerin yaxınlığından böyük sürətlə nəhəng 2018 GE3 asteroidi keçib.

Qadin.Net Apa-ya istinadən xəbər verir ki, səma cisminin diametrinin 110 metrədək olduğu bildirilir. 

"Tunqus" asteroidi ilə təxminən eyni ölçüdə olan 2018 GE3 asteroidi Yer kürəsindən 192 min km aralıdan keçib ki, bu da Ayadək olan məsafənin yarısına bərabərdir.

Qeyd edək ki, astronomlar asteroidin Yerə  maksimal yaxın məsafəyə çatmasına 21 saat qalmış  aşkarlayıblar. 

18 aprel 2018
GO BACK