Müğənni Beyons əkizlərini dünyaya gətirdikdən sonra ötən gün ilk dəfə yenidən böyük səhnəyə çıxıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Koaçella festivalında Beyons 2 saat möhtəşəm şou nümayiş etdirib.
Bu vaxt ərzində izləyicilərə sürpriz edən ifaçı 4 dəfə geyimini dəyişib və rəqsi ilə hamını heyran edib.
Səhnədə Beyonsla yanaşı, əri, reper Cey Zi, "Destiny's Child" qrupunun üzvləri Keli Roulend və Mişel Vilyams da olub.