Ötən gün Moskvada "Rusiya gözəli - 2018" ("РњРёСЃСЃ Р РѕСЃСЃРёСЏ-2018") yarışmasının qalibi bəlli olub.
Qadin.Net axşam.az-a istinadən məlumatına görə, Çuvaşi əyalətindən olan 18 yaşlı Yuliya Polyaçixina müsabiqədə birinci yeri tutub.
Qeyd edək ki, Rusiyanı dünyada təmsil edəcək Yuliya birinciliyə layiq görüldüyü üçün “Mercury” şirkətindən dəyəri bir milyon dollar olan brilliant qaş və mirvari ilə bəzədilən tacla mükafatlandırılıb. Bu tac yarışma tarixinə ilk bahalı tacdır.