Elon Mask tərəfindən təsis edilmiş “Neuralink” şirkəti gələcəkdə insanların fikirlərin köməyi ilə kompüterlə ünsiyyət saxlaması üçün neyron kompüter interfeysi texnologiyası üzərində işləyir. Onun əməkdaşları mərkəzi sinir sistemində əlaqə üsullarını axtarırlar, Massaçusets Texnologiya İnstitutunun mühəndisləri isə subvokalizasiyadan istifadə ediblər.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, subvokalizasiya – mətnin ürəkdə tələffüzüdür. İnsan müəyyən söz barədə düşünərkən beyin artıq o sözü səsləndirməyə hazırlaşan əzələlərə siqnal göndərir. Adətən subvokalizasiya səssiz oxuma vaxtı özünü göstərir. Orqanizmin bu xüsusiyyəti “AlterEgo” adlı cihazın əsasını təşkil edib.
Qurğu sifətin əzələ-sinir siqnallarını oxuyan sümük keçiricilik qabiliyyətinə malik 2 qulaqlıq və 4 elektroddan ibarətdir. Siqnalları emal edən süni intellekt istifadəçinin nə demək istədiyini müəyyənləşdirir.
Sözügedən cihazın prototipi 10 könüllü üzərində sınaqdan keçirilib. Qurğunu fərdiləşdirmək üçün onların hər birinə 15 dəqiqə vaxt lazım olub. Alqoritm yığımında sözlərin sayı məhdud olduğundan istehsalçılar könüllülərdən hesab əməliyyatları aparmağı xahiş ediblər. Nəticədə orta tanıma dəqiqliyi 92 faiz təşkil edib.