Məşhur tayvanlı ufoloq Skott Uorlinq Marsda qeyri-adi tapıntı aşkar edib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Marsda çəkilən görüntülərdə qaykaya bənzər obyektlər əks olunub.
Tapıntılar qırmızı planetdəki Elizium təpəciklərinin yaxınlığında aşkar edilib.
Ufoloq tapıntısı ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb: “Növbəti maraqlı kəşflə qarşınızdayam. Marsda çoxsaylı simmetrik strukturlar mövcuddur. Fikrimcə, bu, yadplanetli sivilizasiyanın qalıqlarıdır. Əgər buna oxşar obyektlər Yerdə tapısaydı, bizə maraqsız olardı. Əminəm ki, NASA-nın bu kimi tapıntılardan xəbəri var. Ancaq o, bizim bunları bilməmizi istəmir. Bunun isə səbəbini bilmirəm”.
Ufoloqun Yutub kanalında paylaşdığı görüntüləri təqdim edirik: