Qadin.NET / Qatlanan displeyli smartfonlar satılacaq

Qatlanan displeyli smartfonlar satılacaq

Qatlanan displeyli smartfonlar satılacaq


Ekspertlərin proqnozuna görə, 5 il sonra dünyada hər il qatlanan displeylə təchiz edilmiş 50 milyondan çox aparat istehsal ediləcək.

"DigiTimes" nəşri "ET News"un araşdırmasına istinadən yazır ki, 2018-ci ilin sonunda aparıcı brendlər qatlanan displeyə malik smartfonlarını təqdim edəcəklər.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 2018-ci ilin sonundan etibarən qatlanan ekran və korpusla təchiz edilmiş aparatlar trendə çevriləcək. Mənbələrin məlumatına görə, nəhəng şirkətlər ya artıq belə qurğuları hazırlayır, ya da texnologiya üçün patentləri qeydiyyatdan keçirirlər. Məsələn, "Samsung" şirkəti qatlanan displeyə malik smartfon istehsalı üzərində işin 80%-ni bitirib, "Apple" isə texnologiya üçün patentləri qeydiyyatdan keçirir, "Huawei" isə cari ilin sonunda belə cihaz təqdim etməyə hazırlaşır.

"Strategy Analytics" analitik şirkətinin məlumatına görə, 2019-cu ildə qatlanan displeyə malik smartfonların sayı 700 min təşkil edəcək, 2021-ci ildə belə cihazların sayı 30,4 milyon, 2022-ci ildə isə 50,1 milyona yaxınlaşacaq.

12 aprel 2018
GO BACK