"Ufak tefek cinayetler" serialında rol alan Gökçe Bahadırın ekran işindən gedəcəyi ilə bağlı xəbərlər yayılıb.
Qadin.Net axşam.az-a istinadən məlumatına görə, gəzinti zamanı media nümayəndələri tərəfindən görüntülənən aktrisaya bununla bağlı suallar ünvanlanıb.
Xəbəri oxuyanda təəccübləndiyini deyən Gökçe "Bunlar doğru deyil. Serialdan getmirəm. Hər şey əla gedir" cavabını verib.
Bahadır tərəf müqabili Mert Fıratla sevgili olma xəbərlərindən də danışıb. O, "Çıxan dediqodulardan sonra Mertlə dostluğunuz bitdi" sualına "Xeyr, Mertlə yaxşı dostuq" sözlərini deyib.