Hollivud ulduzu Corc Kluninin vəkil həyat yoldaşı Amal Kluni məşhur "Vogue" jurnalının üz qabığına çəkilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, dərgi üçün fotosessiya etdirən 40 yaşlı Kluninin fotolarının müəllifi Enni Leyboviçdir.
Eyni zamanda jurnala müsahibə verən vəkil əkizləri Ella və Aleksandr dünyaya gəldikdən sonra həyatının dəyişdiyini bildirib.
"Əkizlər artıq "ana" və "ata" sözlərini deyirlər. Mənim üçün ən çətin dövr onları əmizdirdiyim dövr idi. Çünki onlar 2 nəfər idilər".
Qeyd edək ki, cütlük 2014-cü ildə ailə qurub. Onların ilk övladları ötən il dünyaya gəlib.